Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə dəyirmi masa keçirildi
“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə məktəbin konfrans zalında dəyirmi masa keçirildi. Tədbiri tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva və tarix müəllimi Sevinc Ağayeva təşkil etmiş, 8, 9, 10-cu sinif şagirdləri iştirak etmişdilər.