2024-2025-ci tədris ilində Kiçik Akademiyanın ilk iclası keçirildi

 Məktəbin konfrans zalında Kiçik Akademiyanın ilk iclası keçirildi. İclasda tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva, tarix müəllimi Sevinc Ağayeva, fizika müəllimi Solmaz Ulubəyova, uşaq birliyi rəhbəri Süsən Məmmədova iştirak edirdi. İclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Akademiyanın prezidenti tarix müəllimi Sevinc Ağayeva ilk öncə hər kəsi salamladı və 2024-2025-ci tədris ilində akademiyanın tərkibini tədqim etdi. Humanitar fənnlər üzrə rəhbər İradə Ağayeva, texniki fənnlər üzrə rəhbər Solmaz Ulubəyova, təbiət fənləri üzrə rəhbər Səidə Xəlilova müəyyənləşdirildi. Şagird prezident 10 B sinif şagirdi Tunar Quliyev, şagird vitse-prezidentlər 10 B sinif şagirdi Hüseyn Səmədzadə və 9 B sinif şagirdi Əsma Hüseynli oldu. Bundan əlavə akademiyanın üzvləri isə 5-11-ci sinif şagirdləri arasından yaradıcı olan 100 nəfər seçildi.

 Akademiyanın bu dəfəki mövzusu "Yaşıl dünyanı qoruyaq" oldu. Akademiyanın üzvləri öz növbələrinə referatlar hazırlayaraq mövzu ətrafında çıxışlar etdilər. Əsma Hüseynli "Cop nədir?", Əsəd Əsədli "Yaşıl enerji", Nihad Şıxızadə "Yaşıl dünya naminə qənaət", Hüseyn Səmədzadə "Velodünya Cop 29", Sara Dadaşova "Təkrar emal", Tunar Quliyev "Cop 29 və turizm", Elman Həsənli "Eko aksiyalar", Əli Bayramlı "Yaşıl enerji" mövzuları ətrafında maraqlı diskusiyalar keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi