Yeniyetmələr arasında zorakılıqla bağlı vəziyyəti öyrənmək məqsədilə anonim sorğu keçirildi
Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları sənədinin strukturunda davranış səviyyələri müəyyən olunmuşdur. Bu səviyyələr qayda pozuntularını, şagirdlərin bir-birinə qarşı münasibətini, məktəb binasının daxilində davranış qaydalarını müəyyən etmək üçündür.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva və uşaq birliyi rəhbəri Süsən Məmmədova tərəfindən şagirdlərin bir-birinə qarşı münasibətini müəyyən etmək, yeniyetmələr arasında zorakılıqla bağlı vəziyyəti öyrənmək üçün 8-9-10-cu sinif şagirdləri arasında anonim sorğu keçirildi. Sorğunun nəticələri analiz edildikdən sonra sorğunun keçirildiyi siniflərdə profilaktik söhbətlərin aparılması, sorğuda adı hallanan şagirdlərlə fərdi söhbətlərin edilməsi nəzərdə tutulur.