"Zəfər Günü" adlı tədbir keçirildi

 Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

 Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Məktəbimizin müəllim və şagird kollektivi bu günü yaddaşlara tədbirlə həkk etdilər. Musiqi müəllimi Leyla Cumayevanın təşəbbüsü və fənn müəllimlərinin dəstəyi ilə "Zəfər Günü" adlı tədbir təşkil olundu. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardınca tədbir açıq elan olundu. Şagirdlərdən Xədicə Əhədzadə "Əvvəl - axır dünya Türkün olacaq" şeirini səsləndirdi. Ardınca məktəbin istedadlı şagirdlərindən təşkil olunmuş xor qrupu "Qəhrəman Şuşa" və "Bu gözəl Vətən bizimdir" mahnılarını ifa etdilər.

 Birinci və ikinci Qarabağ müharibəsini əhatə edən səhnəciyi isə 10 A sinif şagirdi İsa, 7 A sinif şagirdi Nazlı, 5 A sinif şagirdi Zakir, 10 B sinif şagirdləri Hüseyn, Mahir, Fərid, Elman canlandırdı.

 6 Ç sinif şagirdi Səfiyə Qurbanova rəqs nömrəsi quraraq sinif yoldaşları ilə birgə nümayiş etdirdi.

Musiqi mədəniyyətimizdə qədim tarixə malik olan muğam da səsləndirildi. 8 B sinif şagirdi Fərhadın tarda müşayəti ilə 7 A sinif şagirdi Arif muğam oxudu.

 Tədbirə fəxri qonaq qismində ikinci Qarabağ müharibəsi qazisi Taleh Camalov Musa oğlu dəvət olunmuşdu. Taleh Camaolva məktəbimizin valideyni Günay İdrisovanın həsr etdiyi şeiri 5 C sinif şagirdləri səsləndirdi. Şeir yazılmış tablonun böyüdülmüş forması isə qazimizə hədiyyə olundu.

Taleh Camalov öz növbəsində keçdiyi müharibə yolu haqqında danışdı, yaşadığı fərəh hissini itirakçılarla bölüşdü və dəvətə görə məktəbin rəhbrəliyinə dərin təşəkkürünü bildirdi.

 Sonda məktəbin Azərbaycab dili, tarix, musiqi, texnologiya müəllimlərinə, direktor müavinlərinə söz verildi. Hər biri öz hisslərini dilə gətirib, qazimizə təşəkkürlərini bildirərək qarşısında baş əydilər. Son olaraq məktəbin direktoru Sevin Budaqova cıxış edərək tədbirdə əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirdi və qazi Taleh Camalova isə təklifi qəbul edib bizim tədbirdə iştirak etdiyinə görə minnətdarlıq etdi.

 Tədbirin yekununda qazi Taleh Camalovla həm pedoqoji kollektiv, həm də şagir kollektivi xatirə şəkilləri çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi