Görkəmli şəxsiyyət Budaq Budaqovun anım tədbiri keçirildi

 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023/2024-cü tədris ilinə dair Fəaliyyət Planının 3.2 və 3.4-cü bəndinə əlavə olunan "Dilimizi qoruyq" şüarı altında Ana dili aylıqlarının 6-cı mövzusu olan Hekayəni tamamla maddəsi yerinə yetirildi.

 Məktəbin konfrans zalında 7 C və 8 A sinif şagirdləri tərəfindən görkəmli şəxsiyyət, coğrafiyaşünas alim, Azərbaycan coğrafiyasının geomorfologiya landşaftşünaslıq və toponimika elmi məktəblərinin banisi, Ağsaqqallar şurasının sədri, professor alim, həm də xalqın ictimai həyatında əvəzsiz xidmətləri olmuş coğrafiyaşünas alim Budaq Budaqovun əziz xatirəsinə həsr etdikləri "Xatirələrin qanadında" adlı hekayənin oxusu təşkil olundu.

 Hekayə məktəbimizin müəllim və şagirdləri tərəfindən diqqətlə dinlənildi.

 Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Paşayeva tərəfindən təşkil olunmuşdu. Şagirlər ilk öncə Budaq Budaqovun həyatı, yaradıcılığı haqqında məlumatlar verdilər. Ardınca 7 C sinif şagirdləri Xalid Əliyev, Bəhmən Rzayev, Səid İsmayılzadənin ifasında "Küçələrə su səpmişəm" mahnısı dinlənildi. 5 Ç sinif şagirdi Səfiyə Qurbanova isə milli rəqsi ilə tədbirə rəng qatdı.

 Azərbaycan dili müəllimləri Kəmalə Cəfərova və İradə Ağayeva da çıxışlar edərək Budaq Budaqov haqqında xatirələrini bölüşdülər və mərhum alimi bir dəqiqəlik sükutla yad etdilər.

 Ardınca tədbirin təşkilatçısı İlhamə Paşayeva da söz alaraq öz fikirlərini səsləndirdi və təbirdə əziyyəti olan şagirdlərə təşəkkürünü bildirdi.

 Son olaraq isə məktəbin direktoru və Budaq Budaqovun qızı Sevinc Budaqova öz hisslərini iştirakçılarla bölüşdü, öz xatirələrindən danışdı, hər kəsə minnətdarlığını bildirdi. Xatirə şəkilləri çəkdirilərək tədbir sonlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi