"Azərbaycanın tarixi" mövzusunda tədbir keçirildi

 29 may tarixində məktəbin akt zalında 4 Ç sinfinin təşəbbüsü ilə "Azərbaycanın tarixi" mövzusunda tədbir keçirildi. Tədbir həmçinin 28 May Müstəqillik Günü və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə də həsr olunmuşdur.
 Şagirdlər böyük həvəs və sevinc hissi ilə akt zalına toplanan izləyicilərin qarşısında çıxış etdilər. Tədbirdə məktəbin rəhbər heyəti, pedoqoji heyəti, valideynlər və digər sinif şagirdləri iştirak edirdi.
 Sonda çıxış edən məktəbin direktoru Sevinc Budaqova çıxış edən bütün şagirdlərə, tədbirin ərsəyə gəlməsində əməyi olan sinif rəhbəri Zəminə Hüseynovaya və valideynlərə dərin təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi