1-cilər Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirdilər

 1 C sinfi sinif rəhbəri Ofeliya Xasayeva və musiqi müəllimi Kəmalə Qədimovanın təşəbbüsü ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə çıxışlar etdilər. Balacalar öz məharətlərini göstərsinlər deyə onlar üçün bütün şərait yaradılmışdı. İlk öncə tədbiri sinif rəhbəri Ofeliya Xasayeva açıq elan etdi. Daha sonra isə şagirdlərin rəqsləri, şeirləri, çıxışları nümayiş olundu. Vals rəqsi ilə başlayan şagirdlər ardınca şeirlərini səsləndirdilər, daha sonra milli rəqs nümayiş etdilər.

 Sonda şagirdlər “Vətən nəğməmiz” mahnısının sədaları altında çıxışlarını yekunlaşdırdılar.

 Ofeliya Xasayeva da öz növbəsində şagirdlərə hədiyyələr hazırlamışdı. O, hər bir şagirdə Təşəkkürnamə və kollektiv çəkdirilən şəkil hədiyyə edərək bütün uşaqların həm bayramını təbrik etdi, həm il ərzində göstərdikləri uğurlarını sadaladı, həm də hazırladıqları rəqslərə görə təşəkkürünü bildirdi. Şagirdlərlə yanaşı tədbirin ərsəyə gəlməsində əməyi böyük olan Kəmalə Qədimovaya və bütün valideynlərə öz minnətdarlığını bildirdi.

 Bütün şagirdlərimizi təbrik edir, gələcək həyatlarında uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi