3 A sinfi Yanardağa ekskursiya təşkil etdilər

Məktəblilərin boş vaxtlarının səmərəli təşkili ilə bağlı bir sıra proqramlar həyata keçirilir ki, bu da onların milli-mənlik şüurunun inkişafına və vətənpərvərlik hisslərinin artmasına böyük təsir göstərir. Məktəblilər bilməlidir ki, asudə vaxt heç bir şeylə əvəz edilə bilməyən mənəvi sərvətdir və onun şəxsiyyətin mənəvi inkişafında rolu xüsusilə böyükdür.
3 A sinfi asudə vaxtını səmərəli dəyərləndirərək Yanardağ və Atəşgah məbədini ziyarət etdilər. Sinif rəhbəri Aytəkin Xudafirimovanın təşkil etdiyi gəzintidə valideynlər də yaxından iştirak edirdi.