BSQ-lərin keçirilməsinə start verildi

27.05.2024-cü il tarixində məktəbdaxili qiymətləndirmənin tələblərinə əməl edərək BSQ-lərin keçirilməsinə start verildi. BSQ-lərin keçirilməsi üçün qrafiklər tətbiq olundu və təsdiqləndi.
Məktəbdaxili qiymətləndirmənin aparılması üçün Təşkilat, Nəzarət, Yoxlama və Apellyasiya komissiyası yaradılmışdır. Metodbirləşmələr tərəfindən qiymətləndirmə vasitələri səviyyələr üzrə hazırlanmış və rəhbərlik tərəfindən tədiqlənmişdir. BSQ-lərin aparılması təhsil alanların standartlara əsasən müəyyən olunmuş məqsədlərə hansı səviyyədə nail olduqlarını müəyyənləşdirir.