Müsbət və nümunəvi davranışı ilə fərqlənən şagirdlər təşəkkürnamələr ilə təltif olundu

Ümumi təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyinin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri də müəssisədə təhlükəsiz mühitin yaradılmasıdır.
Təhlükəsiz və sağlam təhsil mühiti qurmaq, şagirdləri həvəsləndirmək və ruhlandırmaq əsas hədəflərdəndir.
Hər həftə sonunda müsbət və nümunəvi davranışı ilə fərqlənən şagirdlər təşəkkürnamələr ilə təltif olunur.
6-10 may tarixləri ərəfəsində müsbət və nümunəvi davranışlarına, nizam-intiazmı ilə fərqləndiyinə və ictimai işlərdə fəal iştirakına görə 5 C sinif şagirdləri Səttar Abbasov, Yaqub Əsədli, 7 A sinif şagirdləri Fatimə Rəhimzadə, Fatimə Abbaslı, 7 B sinif şagirdi Əsnad Hüseynova, 7 C sinfinə isə ümumi olaraq təşəkkürnamələr verildi.
13-17 may tarixləri ərəfəsində 5 A sinif şagirdləri Ofeliya Cəlilova, Ziyafət Babyeva, Nuray Rzayeva, 6 B sinif şagirdləri Nəzrin Hüseynzadə, Məhəmməd İqbal, 10 B sinif şagirdi Fərhad Heybətov təşəkkürnamələr ilə təltif edildilər.
20-24 may tarixləri ərəfəsində 6 C sinif şagirdləri Leyla Həsənova, Ləman Rüstəmova, 7 Ç sinif şagirdi Aidə Eyyubova, 10 D sinif şagirdləri Leyla Nağı-zadə, Fatimə Əliyeva təşəkkürnamələr ilə təltif edildilər.