4-cü siniflərdə valideyn iclası keçirildi

16.05.2024-cü il tarixində 4-cü siniflərdə valideyn iclası keçirildi. İclasda məktəbin direktoru Sevinc Budaqova, direktor müavinləri Gülnarə İsmayılova, Lalə Ələkbərova çıxış edərək valideynləri uşaqlarının uğurla ibtidai təhsil səviyyəsini bitirmələri münasibətilə təbrik etdilər. Daha sonra 4-cü siniflərdə keçirilən monitorinqlər haqqında söhbət edildi, tədris ili boyunca zəif oxuyan, xüsusi istedadı aşkar olunan şagirdlərin qeydləri aparıldı, valideynlərin müəyyən təklifləri dinlənildi, 5-ci sinif təhsili haqqında məlumat verildi.
Sonda məktəbn rəhbər heyəti ümumi təhsil səviyyəsində şagirdlərə və valideynlərə uğurlar arzuladılar.