Şagirdlərimiz sərgi-satış yarmarkasında iştirak etdilər

Məktəbimizin 8-ci sinif şagirdləri məktəbin tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyevanın rəhbərliyi ilə asudə vaxtlarını səmərəli keçirmək məqsədi ilə Təhsilin İnkişafı Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının və "Baku Design Academy"nin birgə təşkilatçılığı ilə 25 may 2024-cü il tarixində Dədə Qorqud parkında "Baku EduExpo" beynəlxalq təhsil sərgi-satış yarmarkasında iştirak etdilər.