İxtisas seçiminə kömək etmək məqsədilə yuxarı sinif şagirdləri ilə görüşlər keçirilir

Azərbaycan Turizm və Menecment Universiteti Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aytac Babayeva bu gün məktəbimizin qonağı oldu. Universitetə qəbul, universitetin tanıtımı üçün məktəblərə səfərlər təşkil edən Aytac Babayeva 10 və 11-ci sinif şagirdləri ilə görüş keçirdi, şagirdlərə univerisitet haqqında məlumatlar verdikdən sonra ixtisas seçimi ilə bağlı şagirdlərin suallarını da cavablandırdı.