Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Ailəm və məktəbim” layihəsinə start verilib.

Layihənin keçirilməsinin əsas məqsədi cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etməkdən ibarətdir.
Ailə şəxsiyyətin tərbiyəsi və inkişafının sosiomədəni mühitidir. Ailə insanın həyatında, formalaşmasında mühüm rol oynayır. Uşağın doğulması, inkişafı, formalaşması ailədən başlayır. Uşaq ailədə elə ilk gündən birgəyaşayış normalarını mənimsəyir, öz ailəsində olan yaxşını və pisi, ailəyə aid olan hər bir cəhəti götürür və artıq gələcəkdə uşaq ailəsində gördüklərini təkrar edərək , sosiallaşır.
Bu münasibətlə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən "15 May Beynəlxalq Ailə Günü" münasibətilə 247 nömrəli məktəbdə tədbir keçirildi. Tədbirdə məktəbimizi 5 A sinif şagirdi Quluzadə Zəhra və onun ailəsi - Atası Quluzadə Ramil, anası Quluzadə Tərgül, qardaşı Quluzadə Amin təmsil ediridi. Tədbirin sonunda ailə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən təşəkkürnamə ilə təltif edildi.