Qobustan Dövlət - tarixi bədii qoruğa ekskursiya təşkil olundu

Məktəbimizin 6 A sinfi sinif rəhbəri Nəzirə Zalova, məktəbin tarix müəllimi Sevinc Ağayeva və valideynlərin iştirakı ilə Qobustan Dövlət - tarixi bədii qoruğuna ekskursiya etdilər. Ekskursiya Qobustan muzeyindən başlamış, Qobustan qoruğunda davam etmişdir. Şagirdlər Qobustanın tarixi abidələri, qayaüstü rəsmləri, yaşayış məskənləri, qədim insanların məişət həyatı və muzey eksponatları ilə tanış oldular. Dərs prosesində şagirdlərin əldə etdikləri biliklərin möhkəmləndirilməsi üçün tarix müəllimi Sevinc Ağayeva diskussiya apararaq şagirdlərə müəyyən məlumatlar verərək onları maraqlandıran sualları cavablandırmışdır. Qobustan qoruğundakı Ana zağa, qədim insanların digər sığınacaq yerləri, qayaüstü müxtəlif təsvirlər, qavaldaş, su ovdanları şagirdlərin böyük marağına səbəb olmuşdur.