Məktəbimizdə birinci dərslər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunub

Məktəbimizdə keçirilən birinci dəsrlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunub. Həmin dərslərdən biri 6 A sinfində Azərbaycan dili müəllimi İradə Ağayeva tərəfindən keçirilib. Dərsdə müəllim Ulu öndərin həyatı, yaradıcılığı, gördüyü işlər haqqında danışdı, şagirdlər isə öz növbəsində şeirlər söylədi, çıxışlar etdilər.
Digər dərs - tədbir 8 A sinfində tarix müəllimi Yeganə Ağayeva tərəfindən keçirildi. Müəllimin çıxışından sonra şagirdlər şıxışlar etdi, öncədən hazırladıqları təqdimatları nümayiş etdirdilər.
2 A və 3 A sinfi isə sinif rəhbərləri Elmira Mahmudova və Aytəkin Xudafirimovanın təşəbbüsü ilə Heydər Əliyevin heykəlini ziyarət etdilər. Burada şagirdlər şeirlər söylədi, heykəlin qarşısına çiçəklər qoydular.