"Heydər Əliyev və Azərbaycan" adlı tədbir keçirildi

 07.05.2024-cü il tarixində məktəbimizin 6 A və 9 B sinif şagirdləri "Heydər Əliyev və Azərbaycan" adlı təqdimat hazırlamışdılar. Təqdimatda şagirdlər ingilis və Azərbaycan dilində Ulu öndərin həyat və fəaliyyətindən söhbət açaraq, Ulu öndər və Azərbaycana aid şeirlər söylədi və milli rəqslər nümayiş etdirdilər. Tədbirin təşkilində məktəbimizdə təcrübədə olan tələbələrin də rolu böyük idi. Təqdimatın sonunda məktəbin direktoru Sevinc Budaqova, direktor müavinləri Gülnarə İsmayılova, Aidə Quliyeva, şagirdlərin ingilis dili müəllimi Nüşabə Babayeva iştirakçılara və təqdimatı hazırlayanlara öz təşəkkürlərini bildirdi və şagirdləri sertifikatlarla təltif etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi