9-cu sinif valideynləri ilə iclas keçirildi

Məktəbin konfrans zalında 9-cu sinif valideynləri ilə görüş keçirildi. Görüşü məktəbin direktoru Sevinc Budaqova, direktor müavinləri Gülnarə İsmayılova, Aidə Quliyeva təşkil etmişdi.
İclasda 9-cu sinif valideynləri və sinif rəhbərləri iştirak edirdi. İclasın əsas mövzusu orta təhsil səviyyəsini başa vurmaqla bağlı attestat imtahanının nəticələrinin müzakirəsi, kollec və peşə məktəblərinə peşə seçimində maarifləndirmə işlərinin və dəstəyin göstərilməsi, şagirdlərin davamiyyəti, məktəbli geyim formaları, şagirdlərin davranışında müşahidə edilmiş nöqsan və çatışmazlıqlarla bağlı sinif rəhbəri və valideynlərə rəsmi xəbərdarlıqların edilməsindən ibarət idi.
Həmçinin tədrisi başqa dillərdə aparılan siniflərin Azərbaycan dili fənnindən verəcəkləri imtahanlar haqqında danışıldı və məlumatlar verildi. Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.