5 A sinif şagirdləri ekskursiyada oldular

Uşaqların asudə vaxtlarının səmərəli təşkili, düşünülməsi olduqca vacib olan məqamlardan biridir. Çünki sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxt ilə qoyulur. Asudə vaxtın səmərəli təşkili uşaqların istər fiziki, istərsə də psixi sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir.
Bütün bunları nəzərə alaraq məktəbin riyaziyyat müəllimi və 5 A sinfinin sinif rəhbəri Pərvin Abiyeva şagirdləri ilə birgə bir neçə məkana ekskursiyalar təşkil etdilər. Onlar Qız qalası, miniatür kitabxanası, Şirvanşahlar Sarayı, Zoo muzeyə baş çəkərək günlərini daha əyləncəli və maraqlı keçirdilər.