Məktəbin valideyn komitələri üçün maarifləndirmə tədbiri keçirildi

 Ümumi təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyinin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri təhsil müəssisələrində təhlükəsizlik mühitinin yaradılmasıdır.
 Təhlükəsiz məktəblər şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini psixoloji və sosial baxımdan tam sərbəst hiss etdikləri yerdi.
 Təhlükəsiz məktəb mühitinin təmin olunmasında valideynlərin də rolu böyükdür. Bunu nəzərə alan məktəbin direktoru Sevinc Budaqova, tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva, uşaq birliyi rəhbəri Süsən Məmmədova tərəfindən konfrans zalında valideyn komitələri üçün iclas keçirildi.   İclasda şagirdlərin davranışında müşahidə edilmiş nöqsan və çatışmazlıqlarla bağlı sinif rəhbəri, fənn müəllimləri və valideynlərə rəsmi xəbərdarlıqların edilməsi, kənar şəxslərin ümumi təhsil müəssisələrinə buraxılmaması, təhlükəsizlik tədbirləri ilə bağlı məktəbdə çalışan bütün işçilər və valideynlərin maarifləndirilməsi, bununla bağlı onların məsuliyyətinin artırılması, siniflərdə çantalara baxışların keçiriləcəyi barədə məlumatların digər valideynlərin də diqqətinə çatdırılması xahiş olundu. Sonda valideynləri narahat edən hər hansı bir məsələ yaranarsa mütləq müdriyyət heyətinə müraciət etmələri tapşırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi