Məktəbin pedoqoji heyəti üçün maarifləndirmə tədbiri keçirildi

 Ümumi təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyinin tələblərinə uyğun aparılması təhsil müəssisələrində təhlükəsizlik mühitinin yaradılması barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olmuş 06.04.2024-cü il tarixli 69-D-113 nömrəli məktuba əsasən konfrans zalında məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə İsmayılova, Lalə Ələkbərova, tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva tərəfindən məktəbin pedoqoji heyəti üçün maarifləndirmə tədbiri keçirildi.

 Tədbirdə aşağıdakı mövzulara toxunuldu:

- müxtəlif vaxtlarda ayrı-ayrı təhsil müəssisələrində baş vermiş neqativ halların nəzərdən keçirilməsi;

- məktəbdə həftənin bir gününün təhlükəsizlik günü elan edilməsi, həmin gün monitorinqlərin aparılması;

- siniflərdə çantalara baxış keçirilməsi;

- məktəbə giriş və çıxışlara nəzarətin gücləndirilməsi;

- həftə sonunda müsbət və nümunəvi davranışı ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi;

- risq qrupunda olan şagirdlərlə məktəb psixooqu tərəfindən işlərin aparılması, nəticələrlə sinif rəhbərlərinin məlumatlandırılması;

- şagirdlərin hər gün məktəbə qəbulu və məktəbdən evə yola salınmasının müəllimin müşayəti ilə aparılması.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi