“2024-Yaşıl dünya naminə həmrəylik ili” adlı sərgi və tədbir keçirildi

 Məlum olduğu kimi ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

 Elm və təhsil nazirinin 15.03.2024-cü il tarixli, 3-29/3-145F/2024 nömrəli əmri ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar tədbirlər palnı təsdiq olunmuşdur. Həmin plan əsasında məktəbimizdə silsilə tədbirlər keçirilməyə davam edir.

 Bu gün məktəbin konfrans zalında “2024-Yaşıl dünya naminə həmrəylik ili” adlı sərgi və tədbir keçirildi. Tədbirdə məktəbin rəhbərliyi, pedoqoji kollektivi, şagird heyəti ilə yanaşı, qonaq qismində Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı Şəhər Təhsil İdarəsinin inkişaf layihələri sektorunun müdiri Günay Qurbanova təşrif buyurmuşdu.

 Tədbiri ilk öncə məktəbin tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva açıq elan edərək qonaqları salamladı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Vətən uğrundə canını fəda etmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Tədbirdə xüsusi yer “Kiçik Akademiya” üzvlərinin təqdimatlarına verildi. İlk öncə 8 B sinif şagirdi tərəfindən hazırlanmış "Ağıllı şəhər" layihəsi təqdim olundu.

 Ardınca isə Solmaz Ulubəyovanın rəhbəri olduğu və 9 B sinif şagirdlərinin birlikdə hazırladıqları "Yaşıl enerji mənbələri" layihəsi təqdim olundu. Şagirdlərin hər biri layihədə hazırladıqları detallar barədə məlumatlar verməklə yanaşı, hər bir detalı əyani olaraq da göstərdilər.

Tədbirin sərgi hissəsinə keçməmişdən öncə isə 5 C sinif şagirdlərinin "Xarıbülbül" mahnısı sədaları altında rəqsləri nümayiş olundu.

Məktəbin direktoru Sevinc Budaqova daha sonra qonaqları şagirdlərin əl işlərinə baxmağa dəvət etdi. Müxtəlif tullantı məmulatlarından hazırlanan əl işləri rəngarəngliyi ilə seçilirdi. Hər bir uşaq öz əl işini nə ilə və nə məqsdlə hazırladıqları barədə dolğun məlumatlar verirdilər. Sərgidə həmçinin məktəbin istedadlı şagirdləri tərəfindən çəkilmiş rəsm əsərləri də nümayiş olundu.

 Sərgi bitdikdən sonra isə son olaraq 3 Ç sinif şagirdlərinin ifasında "Dostluq himni" mahnısı səsləndirildi.

 Tədbirin sonunda söz qonaqlara verildi. Gülarə xanım Verdiyevə çıxış edərək tədbirə dəvət olunduğu və belə gözəl tədbirdə iştirak etdiyi üçün çox məmnun olduğunu vurğuladı. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının başlıca səbəblərindən, layihənin mahiyyətindən danışaraq şagirdləri məlumatlandırdı. Günay xanım Qurbanova da çıxış edərək hər kəsə təşəkkürünü bildirdi, Gülarə Verdiyevanın sözlərinə qoşulduğunu və ona hədiyyə olunan əl işlərini otağının bir küncünə əlavə edəcəyini bildirdi.

 Son olaraq Sevinc Budaqova tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə, dəvətini geri çevirməyərək gələn qonaqlara dərin təşəkkürünü bildirərək, xatirə şəkilləri çəkdirdi və tədbiri sonlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi