Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur

 Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

 Məktəbimizdə şagirdləri bu barədə məlumatlandırmaq məqsədilə uşaq birliyi rəhbəri Süsən Məmmədova ölkə ərazisində ziyarət olunacaq 29 tarixi və mədəniyyət abidəsi ilə şagirdləri tanış etdi. İlk öncə 7 Ç sinif şagirdləri ilə söhbət aparan uşaq birliyi rəhbəri onlarla getdikləri və ya getmək istədikləri tarixi yerlər haqqında sorğu keçirdi. Şagirdlərin marağına səbəb olan mövzu haqqında ətraflı danışıldı, hətta yalnız Azərbaycan daxilində deyil xaricində də getdikləri və maraqlandıqları yerlər haqqında müzakirələr aparıldı.

 Daha sonra 4 A sinif şagirdləri də öz növbələrində gördükləri, müşahidə etdikləri yerlər haqqında, müəllimləri ilə təşkil olunan ekskursiyalar haqqında, valideynləri ilə etdikləri səyahətlər haqqında danışdılar. Uşaq birliyi rəhbəri tarixi və mədəniyyət abidələri haqqında hazırladığı slaydı uşaqlara nümayiş etdirdi və onlar haqqında qısa məlumatlar verdi. Bunlar- Böyük Mərdəkan Qəsri, Kiçik Mərdəkan Qəsri, Ramana Qəsri, Nüşabə qalası, Möminə Xatın Türbəsi, Qarabağlar Tarixi Mədəniyyət Kompleksi, Uğurlu Xan Karvansarayı, Gəncədə yerləşən Cümə Məscidi, Balakəndə yerləşən Minarəli Məscid, Ordubadda yerləşən Qeysəriyyə məbədi, Gəncədə yerləşən Hamam və digər tarixi yerlər idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi