"Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsinə start verildi

 "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində "Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsinə start verilib. 
  Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin əbədi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır. 
  Bu məqsədlə məktəbin Azərbaycan dili və ədəbiyyat metdobirləşmə rəhbəri İradə Ağayeva Azərbaycan dili müəllimləri ilə birlikdə məktəbin konfrans zalında dəyirmi masa təşkil etdilər. Dəyirmi masada tərbiyə işləri üzrə direktor müavini Aidə quliyeva, müəllimlərdən İradə Ağayeva, Fatma Quliyeva, Kəmalə Cəfərova, İlhamə Paşayeva, uşaq birliyi rəhbəri Süsən Məmmədova, məktəbdə təcrübədə olan tələbələr, 6, 7, 8 və 9-cu sinif şagirdləri iştirak edirdilər. 
  İlk öncə İradə Ağayeva açılış edərək dahi şair haqqında şagirdlər üçün ətraflı məlumat verdi, ardınca isə direktor müavini və digər müəllimlər də çıxışlar edərək şairin bir neçə əsərləri haqqında müzakirələr apardılar. Şagirdlər isə öz növbəsində şairin şerilərindən, əsərlərindən parçalar səsləndirdilər. 9B sinif şagirdi isə slayd hazırlayaraq tədbirdə iştirak edənlərə tədqim etdi. 
  Son olaraq isə "Məktəblərdə Məhəmməd Füzuli ayı" çərçivəsində növbəti tədbirlərin hansı olması ilə bağlı şagirdlərin təklifləri olub-olmamaları öyrənildi və gələcək mərhələlərdə nəzərə alınacağı vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi