"Yaşıl dünya naminə həmrəylik ili" mövzusu əsasında silsilə məşğələlər keçirilir

 Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Azərbaycan Respublikası elm və təhsil nazirinin 15.03.2024-cü il tarixli, 3-29/3-145F/2024 nömrəli əmri ilə təsdiq edilmiş tədbirlər planının 1-ci bəndi olan seminarların və dəyirmi masaların keçirilməsi nəzərə alınmışdır. Bununla əlaqədar 6 Ç sinfində biologiya müəllimi Səidə Xəlilova, tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyevanın iştirakı ilə "Yaşıl dünya naminə həmrəylik ili" mövzusunda seminar keçirilmişdir. Seminarda həmçinin 9 C sinif şagirdi Naidə Vəliyeva da hazırladığı təqdimat ilə çıxış edərək şagirdlərin maariflənməsinə köməklik göstərdi. Müəllimlər də öz növbələrində çıxış edərək mövzu ətrafında müzakirələr aparılması üçün şərait yaratdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi