"Yaşıl dünya naminə həmrəylik ili" mövzusu əsasında məşğələlər keçirilir

 Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Azərbaycan Respublikası elm və təhsil nazirinin 15.03.2024-cü il tarixli, 3-29/3-145F/2024 nömrəli əmri ilə təsdiq edilmiş tədbirlər planının 2-ci bəndi olan ümumi təhsil müəssisələrində aidiyyəti fənlər üzrə ərtaf mühitin qorunmasına dair əlavə məşğələ təşkil edildi. 6 C sinfində biologiya müəllimi və sinif rəhbəri Natavan Tahirova, tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva və uşaq birliyi rəhbəri Süsən Məmmədovanın iştirakı ilə keçirilən "Yaşıl dünya naminə həmrəylik ili" mövzusunda Natavan xanım və Aidə xanım çıxışlar etdi, şagirdlər isə öz növbəsində plakatlar hazırlayaraq mövzuya münasibətlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi