“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində məktəbimizdə görüş keçirildi

 Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində məktəbimizdə görüş keçirildi. Görüşdə Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, şöbə müdürü Vəfa İsmayılova, mütəxəsislər Gülnar İsmayılova, Günel Cəbrayılova, Vüqar Qurbanov, məktəbin direktoru, müavinləri, uşaq birliyi rəhbəri, Azərbaycan dili və ədəbiyyat müəllimləri, 5, 6, 7, 8, 9-cu sinif şagirdləri iştirak etdilər. İlk öncə qonaqları salamlayan məktəbin direktoru Sevinc Budaqova çıxış edərək dilimizin müqəddəsliyi, toxunulmazlığı mövzularına toxundu. Ardınca sözü Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyevaya verdi. Sevinc xanımda öz növbəsində çıxış edərək dilimizin genişliyindən, qaydaların təsdiqindən, dəyişikliklərdən bəhs edərək şagirdləri məlumatlandırdı.

 Sonra şagirdlər üçün interaktiv oyunlar keçirildi və daha çox suala düzgün cavab verən şagirdlər mərkəz tərəfindən hədiyyələrlə təltif olundular. Şagirdlərimizdən 9 B sinif şagirdi Abbaszadə Nailə suallara dolğun cavabları ilə mərkəzin əməkdaşlarının diqqətini çəkdi və xüsusi olaraq Sevinc xanım tərəfindən rəğbətləndirildi, irəlidəki planlarına filoloq olaraq davam etmək istəsə böyük məmnuniyyətlə dəstək göstərəcəklərini vurğuladı, sinif müəllimi Fatma Quliyevaya isə təşəkkür etdi. Sonra şagirdlər tərəfindən şeirlər səsləndirildi, Azərbaycan dili müəllimi Günnur İsgəndərova tərəfindən hazırlanan videorolik nümayiş olundu. Son olaraq isə Azərbaycan dili və ədəbiyyat metodbirləşmə rəhbəri İradə Ağayeva qonaqlara təşəkkürünü bildirdi və xatirə şəkilləri çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi