"Zərərli vərdişlər:Siqaret çəkmək, alkoqolizm və narkomaniya" mövzusunda təşkilat saatı keçirildi

 Ümumi təhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reprodiktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə "Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait"dən istifadə edərək məktəbin tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva 8 B və 8 Ç sinif şagirdləri üçün "Zərərli vərdişlər:Siqaret çəkmək" və "Zərərli vərdişlər:alkoqolizm və narkomaniya" mövzusunda təşkilat saatı keçirdi. Təşkilat saatında 8 B-nin sinif rəhbəri Nəzirə Zalova, 8 Ç-nin sinif rəhbəri Lamiyə Əfəndiyeva, uşaq birliyi rəhbəri Süsən Məmmədova iştirak edirdi. Slaydlar əsasında mövzu ətrafında danışan direktor müavini son olaraq şagirdləri maraqlandıran sualları cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi