"Yeniyetmələrin sirrləri" mövzusunda dərs təşkilat saatı təşkil edildi

 Ümumi təhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reprodiktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə "Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait"dən istifadə edərək məktəbin tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva 9 C və 9 Ç sinif şagirdləri üçün "Yeniyetmələrin sirrləri", "Qohumlararası nikahların fəsadları" mövzularında dərs təşkilat saatı təşkil etdi. Təşkilat saatında 9 C-nin sinif rəhbəri Nadejda Karataşova, 9 Ç-nin sinif rəhbəri Səba ismayılova, uşaq birliyi rəhbəri Süsən Məmmədova iştirak edirdi. Slaydlar əsasında mövzu etrafında danışan direktor müavini son olaraq şagirdləri maraqlandıran sualları cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi