"Gəl, gəl, a yaz günləri" adlı Novruz şənliyi keçirildi

18 mart tarixində məktəbimizin 7 A sinfində Milli bayramımız olan Novruz Bayramına həsr olunmuş "Gəl, gəl, a yaz günləri" adlı Novruz şənliyi keçirilmişdir. Məktəbimizdə pedaqoji təcrübədə olan Bakı Slavyan Universitetinin tələbələri Əliyeva Pünhanə və Əzimova Mələk tədbirin keçirilməsində yaxından iştirak etdilər. 7 A və 8 B sinif şagirdləri Bahara aid milli adət-ənənələrimizi canlandıran səhnəciklər, musiqi nömrələri, hakıştalar və rəqslər ifa etdilər. Tədbirdə Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Ağayeva, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə İsmayılova, tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva və məktəbimizin direktoru Sevinc Budaqova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi