Cadenza Contemporary Orchestra komandası məktəbimizin qonağı oldu

 "Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində məktəbdaxili tədbirlər davam etdirilir. Buna uyğun olaraq Cadenza Contemporary Orchestra komandası məktəbimizin qonağı oldu və şagirdlər üçün mini konsert proqramı təşkil etməklə yanaşı milli musiqimiz, bəstəkarlarımız, uşaq mahnıları barədə maraqlı məlumatlar verdilər. Məktəbin akt zalında baş tutan görüşdə qonaqlar 2 və 3-cü sinif şagirdləri ilə həmçinin musiqi barədə maraqlı disskusiya apararaq, musiqi alətləri haqqında da söhbətlər apardılar. Bununla yanaşı interaktiv oyunlarla şagirdlərdə musiqi ifaçılığı barədə ilkin təəssürat yaratmağa çalışdılar və balacaların maraqlı suallarına birlikdə cavab axtardılar. Sonda isə balacalar uşaq mahnılarını musiqi sədaları altında oxudu və musiqi alətlərində ifa etmək füsrəti əldə edərək maraq dolu anlar yaşadılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi