Məktəbimizdə "Dəyərlərimizi qoruyaq!" layihəsi həyata keçirilir

 Milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyllərinin gücləndirilməsi məqsədilə "Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə"nin 15.6-cı bəndini rəhbər tutaraq məktəbimizdə 6 A sinfində tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva, texnologiya müəllimləri Minayə Quliyeva və Nəzirə Zalova tərəfindən Novruz tədbiri təşkil edilmişdir. Sinif otağında keçirilən tədbirdə məktəblilərin əl işlərindən ibarət sərgi təşkil olunmuş, Novruza aid mülahizələr keçirilmiş, xalqımızın adət-ənənələrinin, o sıradan Novruz adətlərinin yer aldığı videosujet nümayiş olunmuş, mənəvi dəyərlərimizi əks etdirən guşə və divar qəzetləri hazırlanmış. həmçinin kulinariya günü münasibətilə də milli mətbəximizin əvəzolunmaz şirniyyatları bəzədilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi