8 Mart- Beynəlxalq Qadınlar Günüdür

 Tarixin bütün dövrlərində Azərbaycan qadını öz doğma Vətəninin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir.
  Qadınların gücünün, əzminin nəticəsi olan, bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri- 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur.
 Məktəbimizin şagirdləri də bu ənənəyə sadiq qalaraq 8 Mart bayramı münasibəti ilə məktəbin qadın kollektivini öz şeirləri, mahnıları və çıxışları ilə təbrik etdilər. 3 Ç sinfinin şagirdləri sinif rəhbərləri Gülarə Qarayeva və musiqi müəllimi Kəmalə Qədimovanın təşəbbüsü ilə konfrans zalında çox maraqlı bir tədbirə imza atdılar. Tədbirdə məktəbin müdriyyət heyəti, pedoqoji kollektivi, məktəbin təməl sütunlarından olan texniki işçiləri, valideynlər, nənələr iştirak edirdilər. Şagirdlər ayrı-ayrılıqda müəllimləri, anaları, nənələri üçün şeirlər səsləndirərək hər kəsi duyğulandırdılar. 
 Daha sonra söz məktəbin direktoru Sevinc Budaqovaya verildi. O da öz növbəsində bütün qadınları bayram münasibəti ilə təbrik etdi və məktəb kollektivində yubileyi olan, həmçinin əmək fəaliyyətində yüksək peşəkarlıq nümayiş etdirən əməkdaşlarını hədiyyə və təşəkkürnamələrlə təbrik etdi. Bunlar pedoqoji heyət olan Azərbaycan dili müəllimi İlhamə Paşayeva, İradə Ağayeva, kimya-biologiya müəllimi İradə Aslanova, ingilis dili müəllimi Nüşabə Babayeva, fizika müəllimi Solmaz Ulubəyova, riyaziyyat müəllimi Gülmirə İbrahimova, texnologiya müəllimi Nəzirə Zalova, musiqi müəllimi Kəmalə Qədimova, Leyla Cumayeva, fiziki tərbiyə müəllimi Nadejda Karataşova, təlim tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərova, ibtidai sinif müəllimi Salatın Səfərova idi. Diqqətcil və həmişə işçilərinə qayğı ilə yanaşan Sevinc xanım texniki işçiləri də unutmayaraq Roza xanıma, Məsti xanıma, Əzəmət xanıma və Mehbarə xanıma iş fəaliyyətlərində göstərdikləri nümunəviliyə görə hədiyyə, təşəkkürnamə və gül dəstəsi hədiyyə etdi. 
 Sonda valideynlər adından şagirdlərimiz Ellina və Selinin nənəsi Anna Neofidi Sevinc xanıma və tədbirdə əziyyəti olan hər kəsə təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi