İdman həftəsi proqramının 2-ci günü

 Sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafının təmin edilməsi məqsədilə idman həftəsinin 2-ci gününün 1-ci bəndi olan "İdman nailiyyətləri olan idmançılarla görüş" keçirildi. Məktəbdə təcrübədə olan İdman Akademiyasının tələbələri Riad Musayev, İsmayıl Mustafayev, Ayxan Mustafazadə, Hüseynəli Nadirov, Məcid Nağıyev, Rauf Nağıyev illər ərzində qazandıqları nailiyyətlər, qatıldıqları yarışlar barədə məlumatlar verdi, şagirdlərlə maraqlı söhbətlər apardılar.

 2-ci günün 2-ci bəndi olan idman viktorinası da təşkil edildi. Viktorina təlim tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərova, idman müəllimləri, sinif rəhbərlərinin təşəbbüsü ilə 4-cü sinif şagirdləri arasında keçirildi. "Şimşək" adı ilə yarışan 4Ç sinfi 1-ci yerə layiq görüldü. İdman zalında təşkil olunan viktorinada 2-ci günün 3-cü bəndi olan "Olimpiya oyunları uşaqların gözü ilə" mövzusu da nəzərə alınaraq şagirdlər tərəfindən əl işləri olan müxtəlif dəstəkləyici plakatlar, braşurlar hazırlanmışdır.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi