Ümumtəhsil müəssisələrində idman həftəsinə start verildi

 Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli, 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 5.5.10-cu yarımbəndini və 1-7 mart tarixləri idman həftəsi olduğunu nəzərə alaraq idman müəllimləri, sinif rəhbərləri və tərbiyə işləri üzrə direktor müavini tərəfindən müxtəlif yarışlar, viktorinalar, oyunlar keçirilir, idman növləri haqqında məlumatlar verilir.

 İdman həftəsinin 1-ci gününün 1-ci bəndi olan səhər gimnastikası idman müəllimi Ramin Manaflı tərəfindən məktəbin stadionunda həyata keçirildi.

 İdman həftəsinin 1-ci gününün 2-ci bəndi olan idman növləri haqqında mövzular isə idman müəllimi Elvira Əliyeva tərəfindən 5Ç sinfində həyata keçirildi. Şagirdlər mövzu ilə bağlı plakatlar və slaydlar hazırlayaraq tədqim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi