Sertifikasiyada iştirak edəcək müəllimlərlə məktəbdaxili görüş keçirildi

 04.03.2024-cü il tarixində sertifikasiyada iştirak edəcək müəllimlərlə məktəbdaxili görüş keçirildi. Görüşdə məqsəd 26.02.2024-cü il tarixində BŞTİ tərəfindən keçirilən sertifikasiya görüşündə iştirak edən metodbirləşmə rəhbərlərinin sertifikasiyada iştirak edəcək fənn müəllimləri ilə maarifləndirici və dəstək xarakterli söhbətin aparılması id. Görüşdə 6 riyaziyyat, 12 xarici dil müəllimləri iştirak etdi. Təhsilverənlərin sertifikatlaşması ilə əlaqədar riyaziyyat və xarici dil üzrə fənn müəllimləri ilə metodbirləşmə rəhbərləri tərəfindən maarifləndirici söhbətlər aparıldı. Sonunda məktəbin direktoru Sevinc Budaqova və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə İsmayılova sertifikasiyada iştirak edəcək riyaziyyat və xarici dil müəllimlərinə öz məsləhət və tövsiyələrini verərək, uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi