“Xocalı nişanəsi” bədii-sənədli filmi səhnələşdirildi....

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq "Xocalı soyqrımının 32-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı" təsdiq edilməsi ilə əlaqədar məktəbimizdə silsilə olaraq Xocalı soyqrımına aid tədbirlər keçirilir.
Tarix müəllimi Səbinə Behbudova və musiqi müəllimi Kəmalə Qədimovanın təşəbbüsü ilə 7C sinfində soyqrıma həsr olunmuş tədbir keçirildi. Məktəbin konfrans zalında təşkil olunan tədbirdə müəllifi Mübariz Əsgərov, rejissoru Elçin Elxan olan “Xocalı nişanəsi” bədii-sənədli qısametrajlı filmindən qısa bir səhnəcik şagirdlər tərəfindən təqdim edildi. Daha sonra faciəli gecə barədə məlumat verən şagirdlər, həmçinin 2023-cü il sentyabrın 19-dan başlayaraq, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərinin uğurla davam etməsindən, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilməsindən fəxr hissi ilə danışdılar.
Sonda tədbirdə iştirak edən direktor müavinləri Gülnarə İsmayılova, Aidə Quliyeva, Azərbaycan dili müəllimi İlhamə Paşayeva çıxış edərək şagirdlərə daha dolğun məlumatlar verərək onları daha da məlumatlandırdı və hazırladıqları tədbirə görə müəllim və şagird kollektivinə təşəkkür etdilər.