21 fevral - Beynəlxalq Ana Dili Günüdür

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023-2024-cü tədris ilinə dair Fəaliyyət Planının 3.2 və 3.4-cü bəndinə əlavə olan "Dilimizi quruyaq" süarı altında keçirilməsi ilə bağlı Tədbirlər Palnının "Ana dili" aylıqlarının təşkili bölməsinin xəbər proqramı hazırlamaq maddəsini rəhbər tutan Azərbaycan dili müəllimi Günnur İsgəndərova video-rolik hazırlamışdır.
Günnur müəllim və məktəbin istedadlı şagirdləri birlikdə video-rolik hazırlayaraq, burada Xocalı soyqrımı, Beynəlxalq Ana Dili Günü, Heydər Əliyev Sarayının yaranma tarixi, istedadlı şagirdlərin maraq dairələri mövzularında yüksək səviyyədə "Xəbərlər" proqramı ilə çıxış etdilər. Konfrans zalında baş tutan nümayişdə məktəbin müdriyyət heyəti, pedoqoji heyəti, şagird kollektivi yaxından iştirak edirdi. Nümayişin sonunda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Kəmalə Cəfərova, İlhamə Paşayeva, Fatma Quliyeva, Gülmirə Məmmədova çıxışlar edərək şagirdləri Beynəlxalq Ana Dili Günü münasibətilə təbrik edərək bu gunünün necə yaranmasından danışdılar. Sonda Sevinc Budaqova çıxış edərək tədbirin keçirilməsində əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirdi.