"Ən sürətli sən oxu" yarışı keçirildi

 Özümüzə daha çox güvənmək, söz xəzinəmizi və savadımızı artırmaq, öyrənməyimizi asanlaşırdırmaq, zəhmətsiz və axıcı bir hala gətirmək, oxumaqdan zövq almaq üçün sürətli oxu texnikalarından istifadə etməkdə fayda var.

 1-ci sinif şagirdi 1 dəqiqə ərzində 20-35 söz oxumalıdır. Bunu yoxlamaq məqsədilə 1C sinif rəhbəri Ofeliya Xasayeva şagirdləri ilə "Ən sürətli sən oxu" yarışı keçirdi. Şagirdlərdən Məhəmməd 65 söz oxuyaraq 1-ci, İmran 57 söz oxuyaraq 2-ci, Aleksiya isə 56 söz oxuyaraq 3-cü oldular. Şagirdlər Ofeliya xanım tərəfindən həvəsləndirici kubokla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi