"Sağlam həyat" mövzusunda maarifləndirici dərs keçirildi

 Məktəbimizin valideyni, həmçinin həkim infeksionist Pərvanə Feyzullayeva 6 A sinfində "Sağlam həyat" mövzusunda təqdimatla çıxış etdi. "Sağlam təhsil mühiti-kreativ yanaşmalar" müsabiqəsinin tələblərinə uyğun keçirilən çıxışda Pərvanə xanım piylənmədən, normal yuxu rejimindən, düzgün qidalanmadan, melatonun hormonundan, serotonin hormonundan, yuxunu qaçıran qidalar və içkilər haqqında, fiziki aktivlik haqqında danışdı. Dərsdə həmçinin sinif rəhbəri Nəzirə Zalova, texnologiya müəllimi Minayə Quliyeva, tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva da iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi