Siniflərdə valideyn iclası keçirildi

 9 fevral tarixində 5 C, 6 A, 7 A, 7 C, 8 C sinflərində valideyn iclası keçirildi. Sinif rəhbərləri, fənn müəllimləri, təlim tərbiyə işləri üzrə direktor müavini Gülnarə İsmayılova, məktəbin tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva, məktəbin psixoloqu Səbinə Həsənəliyevanın iştirakı ilə keçirilən iclaslarda bir neçə mühüm məsələlər müzakirə olundu.

 Tərbiyə işləri üzrə direktor müavini şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələrinə nəzarətin gücləndirilməsi ilə bağlı, sinif rəhbərləri 1-ci yarımilin yekunları ilə bağlı, fənn müəllimləri şagirdlərin dərslərdə potensialları, nailiyyətləri və davranışları ilə bağlı, psixoloq şagirdlərdə yaş xüsusiyyətləri ilə bağlı baş verə biləcək prosesləri əvvəlcədən xəbərdar edərək nəzarətin gücləndirilməsi ilə bağlı çıxışlar etdilər.

 Valideynlərdən Əfsanə Əkbərli, Ulduz Seyidova çıxış edərək müəyyən məsələlər haqqında fikirlərini irəli sürdülər. .

 Sonda təlim tərbiyə işləri üzrə direktor müavini bütün valideynlərin təklif və şikayətlərini dinlədi və lazimi nəticələr çıxarılması üçün söhbətlər apardı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi