31 yanvar tarixində Pedoqoji Şuranın 3 nömrəli iclası keçirilib

 31 yanvar tarixində Pedoqoji Şuranın 3 nömrəli iclası keçirilib. İclasda məktəbin direktoru S.B.Budaqova 2023-2024-cü dərs ilində 1-ci yarımilin yekunları, sinif və elektron jurnalların işlənməsi vəziyyəti, valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, psixoloji xidmətin təşkili, müəllimlərin etik davranış qaydalarına riayət olunması ilə bağlı geniş çıxış etdi. 
 Təlim tərbiyə işləri üzrə direktor müavini G.M.İsmayılova şagird naliyyətlərinin təhlili haqqında, tərbiyə işləri üzrə direktor müavini A.Quliyeva isə növbətçiliyin, şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələrinə nəzarətin gücləndirilməsi ilə bağlı çıxış etdi. 
 Carı məsələlər müzakirə olundu, qərarlar qəbul olundu. 
 Sonda etik davranış qaydalarına görə gənc müəllimlərdən İlahə Əlizadə və Nadejda Karataşova rəğbətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi