"20 Yanvar – qanlı və şanlı tariximiz"

 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.

 Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.

 Bu məqsədlə hər il Qanlı Yanvar tarixi yaxınlaşdıqca tarix müəllimləri hər sinifdə bir dərsi 20 Yanvar faciəsinə həsr edir. Hər sinifdə şagirdlər 19 yanvardan 20 yanvara keçən gecə ərzində baş verən həqiqətləri yenidən dinləyir və yaddaşlarına həkk edirlər.

 17 yanvar tarixində tarix müəllimi Esmira Zeynutdinova və uşaq birliyi rəhbəri Süsən Məmmədova 8 C sinfində "20 Yanvar – qanlı və şanlı tariximiz" mövzusunda dərs təşkil etdilər. Dərsdə ilk öncə müəllim gerçəklərdən bəhs edən təqdimatı şagirdlərin diqqətinə çatdırdı. Daha sonra şagirdlər hazırladıqları təqdimatları, esseləri, şeirləri, çıxışları təqdim etdilər. Şagirdlərdən Zemfira Musayeva, Gövhər Atayeva, Əhməd Məmmədov, Fidan Babayeva, Stefaniya Makarova, Maqsud Mürsəlov, Fərəh Süleymanova, Rüfət Əzimov esse hazırlayaraq öz fikirlərini yazılı şəkildə şagirdlərə çatdırdılar. Tuana Əlizadə, Mehin Əliyeva, Alina Osmolskaya slaydlar hazırlayaraq təqdim etdilər. Pəri Abdullayeva, Həsənağa Həşimli, Timurçin Əhmədov isə şeir və şifahi çıxışlarala öz bildiklərini siniflə bölüşdülər. Şagirdlərdən Nuşafərin İmaməliyeva isə tarixi gerçəkləri firçanın köməyi ilə həyata keçirdi və mövzu ilə bağlı çəkdiyi rəsmi nümayiş etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi