"Yeni il" və "Həmrəylik günü" münasibətilə tədbir təşkil olundu

 Sağlam xarakterə malik şəxsiyyətin formalaşdırılması ailənin, məktəbin və cəmiyyətin əsas hədəflərindən biri hesab olunur. Bunun həyata keçirilməsində isə məktəbin rolu xüsusilə önəmlidir. Məktəb əsas baza təhsilinin formalaşdırılması ilə yanaşı həm də sosiallaşma məkanıdır. Bu sosiallaşma prosesi uşaqların doğulduğu cəmiyyətə gələcəkdə sağlam fərd kimi inteqrasiyasını təmin edir.

 Məktəb həm də uşaqlarda olan müəyyən bacarıqların üzə çıxmasına, yeni bacarıqların formalaşdırılmasına səbəb olacaq məkandır.

 1 C sinfində keçirilən tədbir şagirdlərin aktyorluq və şeir söyləmə bacarıqlarının üzə çıxarılması üçün bir nümunədir. Sinif rəhbəri Ofeliya Xasayeva və musiqi müəllimi Kəmalə Qədimovanın böyük səyi nəticəsində 1 C sinfində möhtəşəm tədbir keçirildi. "Yeni il" və "Həmrəylik günü" münasibəti ilə təşkil olunmuş tədbirdə "Qar kraliçası" tamaşası səhnələşdirildi. Bütün şagirdlərin iştiarkı ilə baş tutan səhnəcik həm valideynlərin, həm də digər qonaqların böyük alqışları ilə yadda qaldı. Tədbirdə iştirak edən təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərova çıxışı zamanı balaca aktyorların çıxışları qarşısında çox təəccübləndiyini və 1-ci sinif şagirlərinin bu qədər istedadlı olmalarına sevindiyini vurğuladı. Bele bir tamaşanın ərsəyə gəlməsində rolu və əməyi olan hər kəsə isə dərin təşəkkürünü bildirdi. Sonda isə şagirdləri Şaxta baba personaji hədiyyələrlə sevindirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi