“Milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirildi

 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023-2024-cü tədris ilinə dair Fəaliyyət Planının 3.2 və 3.4-cü bəndinə əlavəyə əsasən “Dilimizi qoruyaq” şüarı altında mərhələli şəkildə tədbirlər həyata keçirilir.

 5 Ç, 6 A, 7 A və 8 B sinif şagirdləri ilə birlikdə Azərbaycan dili müəllimi İradə Ağayeva, texnologiya müəllimi Nəzirə Zalova və musiqi müəllimi Leyla Cumayevanın ortaq təşəbbüsü ilə “Ana dili” aylıqları daxilində xalq mahıları və zərbi məsəllərin məğzini araşdırmaq və mənəvi dəyərlərdən bəhs edən qısa film hazırlamaq məqsədilə sinif otağında maraqlı bir tədbir təşkil edildi. Tədbirdə məktəbin direktoru Sevinc Budaqova, təlim tərbiyə işləri üzrə direktor müavinləri Gülnarə İsmayılova və Lalə Ələkbərova, tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva və digər fənn müəllimləri iştirak edirdi.

 Tədbirdə Azərbaycan dili müəllimi İradə Ağayeva mili-mənəvi dəyərlərimizə aid çıxışlar, atalar sözləri, bayatılar, şeirlər və səhnəciklər, musiqi müəllimi Leyla Cumayeva musiqi tərtibatını, texnologiya müəllimi isə maraqlı sərgi hazırlamışdılar. Həmçinin şagirdlərdə öz növbələrində şeirlər söylədi, çıxışlar etdi, rəqslər nümayiş etdirdi, səhnəciklər göstərdilər. Son olaraq hər kəsə təşəkkür edən Sevinc xanım müəllim və şagirdlərlə xatirə şəkilləri çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi