"Ümummilli Lider Heydər Əliyevin 100 illiyi"nə həsr olunmuş futbol turniri keçirildi

 Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri arasında idman müəllimi Ramin Manaflı tərəfindən məktəbdaxili "Ümummilli Lider Heydər Əliyevin 100 illiyi"nə həsr olunmuş futbol turniri keçirildi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan yarışda 8A, 8B, 8C, 8Ç sinfinin oğlanlardan ibarət komandaları yarışırdı. Yarışın qalibi isə 8A sinfi oldu. Qalib komanda diplom, medal və kubokla təltif olundu. Digər komandalar isə müvafiq olaraq 2, 3 və 4-cü yerə layiq görülərək diplom, medal və təşəkkürnamələr ilə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi