Səmərəli asudə vaxtın təşkilinin məktəblilərin mənəvi-əxlaqi keyfiyyətlərinə təsiri böyükdür

 Məktəblilərin asudə vaxtının səmərəli şəkildə təşkili vacib məsələlərdən biridir. Çünki sağlam əqidənin formalaşması, güclü iradənin inkişafı, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə və ümumiyyətlə, sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxtdan da asılıdır. Şagirdlərin məktəb mühitində əldə etdikləri bilik, bacarıq və vərdişlər qədər dərsdənkənar fəaliyyətləri də onların hərtərəfli şəxsiyyət kimi formalaşmasının bir parçasıdır.

 Bunun üçün ilk növbədə uşağın yaşı və həmin yaş üçün uyğun olan aparıcı fəaliyyət növü nəzərə alınmalıdır.

1 C sinfi sinif rəhbəri Ofeliya Xasayeva və valideynlərlə birlikdə asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə Səməd Vurğun adına Rus Dram teatrına "Düyməcik" tamaşasına baxmağa getmişdilər. Tamaşanı maraqla seyr edən balacalar tamaşa bitdikdən sonra öz aralarında söhbətlər apardılar. Sonda isə onlar üçün unudulmaz gündən xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi