Şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

26-28 sentyabr tarixlərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri keçirilib.

Layihənin həyata keçirilməsində məqsəd suda boğulma, yanğın, dəm qazı, zəlzələ, digər fövqəladə hallar zamanı davranış qaydalarına dair şagirdlərin bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsindən ibarətdir.

Keçirilən marifləndirmə tədbirlərinin davamı olaraq məktəbin 8 Ç sinif şagirdləri 5 C sinfində zəlzələ zamanı davranış qaydaları haqqında əyani materiallar, səhnəciklər əsasında təlimlər keçdilər. Həmçinin kiçik yoldaşlarının suallarını cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi