Valideynlərlə görüşlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına əsasən məktəbdə mütəmadi valideyn iclasları keçirilir.

9 B və 5 A sinfində keçirilən iclaslar isə fərqli xarakterlər daşıyır. Belə ki, yuxarı sinif şagirdlərinin valideynləri ilə repreduktiv sağlamlıq mövzusunda söhbətlər aparılıb. Söhbətdə tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva, məktəbin praktik psixoloqu Nuranə Məmmədova, sinif rəhbəri İradə Aslanova iştirak edib.

Daha bir valideyn iclası isə 5-ci sinifdə baş tutub. Şagirdlərin yaş dövrü, fənlərə marağı və digər mövzular ətrafında praktik psixoloq Nuranə Məmmədova tərəfindən valideynlərə məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi