Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

 Bu gün ulu öndər Heydər Əliyevin anım günüdür. İyirmi il bundan əvvəl Vətən öz böyük oğlunu itirib. Ancaq bu iyirmi ilin hər bir ili Heydər Əliyev siyasətinin təntənəsi ili olub.  Çünki bu iyirmi ildə Heydər Əliyev siyasəti davam etdirilib, Azərbaycan uğurla inkişaf edib.

Anım günü ilə əlaqədar Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Ağayeva, musiqi müəllimi Kəmalə Qədimova və tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyevanın təşəbbüsü ilə "Ümummilli lider, ulu öndər Heydər Əliyevin anım günüdür" adlı tədbir təşkil olundu. Tədbir Azərbaycan Respublikasının dövlət Himni və Şəhidlərin ruhunun əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başladı.

8 B sinif şagirdi Tinatin Əlizadə "Heydər Əliyev və təhsil" mövzusunda çıxış etdi. Ardınca 7-ci sinif şagirdləri şeirlər söylədi və xorda mahnılar ifa etdilər. Azərbaycan dili müəllimləri İlhamə Paşayeva "Heydər Əliyev irsinin öyrənilməsi və təbliği" və Gülmirə Məmmədova "Heydər Əliyev və ədəbiyyat" mövzusunda çıxışlar edərək ulu öndərə qarşı olan sevgilərini şagirdlərə çatdırdılar. Tədbirdə həmçinin videoroliklər nümayiş olundu, videotəqdimatlar göstərildi.

Sonda məktəbin direktoru Sevinc Budaqova da çıxış edərək Ümummilli Lider haqqında fikirlərini bölüşdü. Həmçinin tədbirdə əməyi keçən müəllimlərə, şagirdlərə dərin təşəkkürlərini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi